Ağsuda qoca kişi özünü asdı

Ağsuda qoca kişi özünü asdı
Ağsu rayonunda intihar hadisəsi baş verib.

Gunaz.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsu şəhərinin Nizami küçəsindəki 12 saylı mənzildə qeydə alınıb. Rayon sakini, 1951-ci il təvəllüdlü Abuzərov Ramiz Təvəkkül oğlu yaşadığı evin həyətindəki yardımçı tikilinin çardağından özünü kəndirlə asaraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərərfindən araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt