Bakıda ağır qəza — Yaralananlar var

Bakıda ağır qəza — Yaralananlar var
Bakının Suraxanı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Gunaz.az-ın APA-ya istinadən xəbərinə görə, qəza Hövsan qəsəbəsində baş verib.

İlkin məlumata görə, iki yük və bir minik maşını toqquşub. Xəsarət alan şəxslər aşağı ətraflarının sınığı xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Suraxanı polisi hadisəylə əlaqədar araşdırma aparır.

скачать dle 12.1
Geri qayıt