Bakıda dəm qazı 2 canını aldı

Bakıda dəm qazı 2 canını aldı
Qaradağ rayonu Qobustan qəsəbəsində 21 yaşlı qız bədbəxt hadisənin qurbanı olub.

Gunaz.az-ın xəbərinə görə, 1997-ci il təvəllüdlü Xanım Abdullayeva yaşadığı mənzildə dəm qazından boğularaq ölüb.

 Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə məhkəmə tibbi ekspertiza şöbəsinə göndərilib. 

Digər bir oxşar hadisə isə Sabunçu rayonunda qeydə alınıb. 

1967-ci il təvəllüdlü Burcuyeva Yaqut Süleyman qızı  Maştağa qəsəbəsindəki evinin hamam otağında dəm qazından boğularaq ölüb. 

Hər iki faktla bağlı aidiyyatı rayon prokurorluqlarında araşdırmalara başlanılıb.

скачать dle 12.1
Geri qayıt