SOCAR-ın işçisi maşınında öldü

SOCAR-ın işçisi maşınında öldü
Azərbaycan Dövlət Neft Şirkətinə aid avtomobilin sürücüsü qəfildən vəfat edib.
Gunaz.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 15-də saat 15 radələrində baş verib. 
Paytaxtın Üzeyir Hacıbəyli küçəsi ilə hərəkət edən 10 AA 193 nömrəli “Chevrolet” markalı avtomobilin sürücüsü, 1959-cu il təvəllüdlü Mikayıl Məmmədovun qəfildən hal pisləşib. O avtomobili “Sahil bağı”nın yaxınlığında saxlaya bilib, amma elə oradaca ürəktutmasında vəfat edib.
скачать dle 12.1
Geri qayıt