Gəncədə qadın piyadanı avtomobil vurdu

Gəncədə qadın piyadanı avtomobil vurdu

Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.

Gunaz.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib. Şəhər sakini 1996-cı il təvəllüdlü Türkan Qənbərova yolu keçmək istəyərkən avtomobillə vurulub. Yaralı piyada dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)

скачать dle 12.1
Geri qayıt