Bələdiyyə işçisi iki piyadanı vurdu

Bələdiyyə işçisi iki piyadanı vurdu
Bu gün saat 18:00 radələrində Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhərindən keçən hissəsində 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Gunaz.az "Report"a istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü rayon sakini Bədirov Qabil İsrafil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Göytəpə şəhər sakinləri - 1956-cı il təvəllüdlü Qafarov Qəhrəman Yusif oğlu və Qurbanov Rafiq Səxavət oğlunu vurub.
Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Sürücü Q.Bədirov rayonun Privolnoye bələdiyyəsinin üzvüdür.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1
Geri qayıt