Dominikanada bu içkidən 32 nəfər zəhərlənib: 12 ölü
Dominikan Respublikasının Elias-Pinya əyalətində saxta romdan 32 nəfər zəhərlənib.
Gunaz.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin səhiyyə naziri Altaqrasiya Qusman bildirib.
Onun sözlərinə görə, zəhərlənən 32 nəfərdən 12-si həlak olub. Spirtli içki olan rom Dominikanaya Haitidən gətirilib.
A.Qusman əhalini naməlum mənşəli spitli içkidlərdən istifadədən çəkinməyə çağırıb.