Goranboyda yol qəzasında 3 nəfər öldü
Goranboyda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Səfikürd kəndində ağır tonnajlı yük avtomobili “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”da olan 3 nəfər ölüb. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub və meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. (apa)