Salyanda minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alanlar var

Salyanda minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alanlar var

Salyanda baş verən qəzada ər və arvad xəsarət alıb.

Gunaz.az-ın APA-ya istinadən məlumatına görə, Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən hissəsində minik avtomobili ilə yük maşını toqquşub.

Nəticədə Qaradağ rayon sakinləri, 1988-ci il təvəllüdlü Hüseynov Fuad Mirzə oğlu və onun həyat yoldaşı 1995-ci il təvəllüdlü Hüseynova Pərvanə Elxan qızı salyan rayon xəstəxansına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt