Azərbaycanda avtobus daha bir can aldı

Azərbaycanda avtobus daha bir can aldı

Gəncədə 73 yaşlı qadını avtobus vuraraq öldürüb.

Gunaz.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Şəmkir avtovağzalı adlanan ərazisində baş verib.

Şəhər sakini 1944-cü il təvəllüdlü Ələsgərova Nərgiz Hüseyn qızı şəhərdə 11 saylı xətt üzrə sərnişin daşıyan "İsuzu" markalı avtobus tərəfindən vurulub.

Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt