Xaçmazda yanğın- XƏSARƏT ALAN VAR
Xaçmazda yaşayış evi yanıb.
Gunaz.az xəbər verir ki, şəhərin Aşıq Ələsgər küçəsi ev 41 ünvanında baş verən yanğın zamanı ev sahibi yanıq xəsarətləri alıb.
1953-cü il təvəllüdlü Paşayev Rafiq Sabir oğlu dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona hər iki əlin üst səthinin eləcədə bel, baş və üz nahiyəsinin 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub. Hazırda xəsarət alan şəxsin vəziyyəti ağırdır. Yaşayış evində baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırmalar aparılır.