Türkiyəli iş adamı Bakıdakı evində ölü tapıldı
Bakıda Türkiyə vətəndaşı evində ölü tapılıb.
Hadisə paytaxtın Nəsimi rayonu, Əzizbəyov küçəsi 195 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, Türkiyə vətəndaşı, 1958-ci il təvəllüdlü Musa Kazım Siliz yaşadığı evdə xəstəlikdən ölüb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.
Musa Kazım Siliz Bakıda bizneslə məşğul olub. (apa)