Rusiyada yaşayış binası çökdü: Ölən və yaralananlar var - FOTO/VİDEO

Rusiyada yaşayış binası çökdü: Ölən və yaralananlar var - FOTO/VİDEO

Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir hissəsinin çökməsi nəticəsində iki nəfər həlak olub, iki sakin yaralanıb. Binanın bütün sakinləri təxliyə edilib.

Gunaz.az xəbər verir ki, Rusiya FHN-in məlumatına görə, hadisə məişət qazının sızması nəticəsində baş verib. Binanın birinci mərtəbəsində yerləşən Uşaq Mərkəzindəki uşaqların heç biri zərər çəkməyib. Dağıntılar altında 4 nəfərin qaldığı bildirilir.

Qəza baş verən bina 1999-cu ildə tikilib. Partlayışın tüfeyli həyat tərzi keçirən ailənin mənzilində qaz avadanlığının yararsız olması üzündən baş verdiyi ehtimal olunur.

Qəza ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

скачать dle 12.1
Geri qayıt