Bakıda əcnəbilərin kirayə evi qarət edildi

Bakıda əcnəbilərin kirayə evi qarət edildi

Bakının Nəsimi rayonunda oğurluq baş verib.

Gunaz.az xəbər verir ki, rayon ərazisində 4 əcnəbi vətəndaşın kirayədə yaşadığı evdən 500 manat və 4200 dollar oğurlanıb.

Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə müraciət edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rasim Bayramov tutulub.

İstintaq araşdırması zamanı məlum olub ki, Rasim Bayramv əvvəllərdə məhkum olunub.

 

скачать dle 12.1
Geri qayıt