Sabirabadda ağır yol qəzası - Ölən var

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gunaz.az xəbər verir ki, rayonun Bulaqlı kəndi ərazisində “Qazel” markalı avtomobillə “KamAZ” markalı avtomobil toqquşub.
Nəticədə iki nəfər ağır xəsarət alaraq Sabirabad rayon xəstəxanasına yerləşdirilib. Onlardan biri xəstəxanada ölüb.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır. (apa)