Türkiyəli ifaçıya silahlı hücum – FOTO

Türkiyəli müğənni Gökhan Doğanay silahlı hücuma məruz qalıb.
Gunaz.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, 39 yaşlı ifaçı barda səhnədə çıxış etdikdən sonra dostları ilə birlikdə “34 YN 9027” markalı avtomobilinə minib. Naməlum şəxslər müğənninin avtomobilini atəşə tutub. G.Doğanaya 3, avtomobilinə isə 12 güllə dəyib.
İfaçı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun həyati təhlükəsinin olmadığını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.