1918-ci il şəhidlərinin kütləvi qəbirləri daşnakların vəhşiliyindən xəbər verir

1918-ci il şəhidlərinin kütləvi qəbirləri daşnakların vəhşiliyindən xəbər verir

Moskva və bütün Rusiya patriarxı kiril ermənilərlə bağlı maraqlı açıqlama vermişdir:

 

“Erməni dövlətinin yaranması anından başlayaraq biz pravoslav olmayan bu xalqı müdafiə edirik. Biz hər zaman Ermənistanı Rusiya dövlətinin bir hissəsi saymışıq və azsaylı katolik erməniləri göz bəbəyi kimi qorumuşuq. Bu cür mürəkkəb coğrafi şəraitdə bu dövlət Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə hər şeyin sürətlə dəyişməsinin və bizim etdiyimiz xeyirxahlığın bu cür həyasızcasına unudulmasının şahidiyik. Ermənilər hər şeyi unutmamalıdır ki, Rusiya olmadan onların bu torpaqlarda mövcudluğu qeyri-mümkündür. Rusiya patriarxının gec də olsa dediyi bu etirafı ermənilərin Cənubi Qafqazda hansı zamandan və kimin dəstəyi ilə türk torpaqlarında dövlət qurmasını bir daha təsdiqləyir. Əkrəm Bəydəmirlinin “Unudulmayan tarix” kitabı. Bu kitabdan Şamaxı (indiki Qobustan ərazisi) rayonunun Cəbirli (Ərəb-Şalbaş) kəndinin yaşlı sakini Mayıl Mayılovun dediyi acı xatirəni də oxuculara təqdim edirik:

- Mən hələ uşaq olan zaman bu barədə əmimdən daha çox eşitmişdim. Mənim yaşadığım bu ev 1917-ci ildə tikilmişdi. Belə danışırlar ki, 1918-ci ildə erməni daşnak quldurlarının hücumu zamanı kənddəki evlərin xeyli hissəsi ermənilər tərəfindən yandırılmışdı. Nə möcüzə baş vermişdisə, bizim evlər o zaman az xəsarət almışdı. Qaynar samovarları insanların kürəyinə bağlamaları, dinc sakinlərin qarnın xəncərlə deşmələri və başqa faktlar eşitmişəm. Ermənilərin 1918-ci ildə bu kənddə törətdikləri qətlləri Sovet hökuməti bizə unutdurmağa çalışıblar. Ancaq ətrafda olan 1918-ci il şəhidlərinin kütləvi qəbirləri bizə tariximizdən xəbər verir.

Şamaxı rayonunun Cəbirli kəndində doğulan və hazırda 2015-ci il Bakı şəhəri Xəzər rayonunun Qala kəndində yaşayan 1918-ci il soyqırımının yeganə sağ qalan şahidi 1910-cu il təvəllüdlü Kamalov Rza Malım oğlunun dediklərindən:

- Həmin hadisələr vaxtı mənim 8 yaşım olub. Ancaq uşaq xatirələrimdən, gördüklərimdən, bu illər ərzində eşitdiklərimdən onu deyə bilərəm ki, ermənilər o vaxt çoxlu qan töküblər. Heç ağlıma gəlməzdi ki, bu dəhşətlər olar. Bizim yaxınlarımız, qohum-əqrəba bizi götürüb həmin vaxtda kənddən çıxartmışdı.

Kəndin çox igid adamlarından olan İsgəndər, Molla Almaz Əfəndi əhalinin xilasına çalışıb. Hətta o əraziyə gedən silahlı erməni dəstələri Xillmilli kəndində yaşayan molokanları qızışdıraraq yerli əhali ilə münaqişəyə cəlb etmək istəyiblər. Molokanlara (ruslara) bildiriblər ki, azərbaycanlılar sizi öldürmək istəyir. Lakin İsgəndər kişi gizli yolla gedib molokanlarla danışaraq başa salıb ki, bu təxribata uymasınlar. Beləliklə, molokanlarla baş verən təxribatların qarşısı alınıb.

Şamaxının Ərəbşalbaş kəndində doğulan Kamal Şahmərdan kişinin xatirələrindən: Yaxın qohumum olan Molla Almaz Əfəndi insanlara çox köməklik edib. 1918-ci il qırğınında çox insanları xilas edib. O, güclü ilahiyyətçi olub. Sonradan onu Sovet dövründə həbsə alaraq Allahı-dini inkar etmədiyinə, öz əqidəsinə sadiq qaldığına görə 1937-ci ildə Sibirə sürgün ediblər. Həmin insan Sibirin soyuqlarına çəkdiyi əzablara dözməyərək elə uzaq Sibirdə də dünyasını dəyişib.

Əkrəm Bəydəmirlinin 2015-ci ildə “Unudulmayan tarix” - “1918-ci il hadisələri: dünyasını dəyişən şəhidlər” kitabı canlı şahidlərin gördükləri faktlarla zəngindir.

Bu tipli kitabların xarici dillərə tərcümə olunaraq yayılması erməni işğalçılarının fitnəkarlığını bir daha sübut edən tarixçilər üçün əsl mənbədir.

 

Rauf İlyasoğlu

 

 

скачать dle 12.1
Geri qayıt