GUNAZ.azxəbər verir ki, paytaxt Bakıda
oğul atasının evindən oğurluq edib. Belə ki, Xətai rayonu ərazisində yaşayan
İntiqam Ələkbərov 36-cı PB-yə müraciət edərək evindən 2300 manat pulun və
1300 manat dəyərində qızıl əşyalarının oğlu Səxavət tərəfindən oğurlanmasını
bildirib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Xətai RPİ 36-cı PB
əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səxavət Ələkbərov
tutulub. O, hadisəni törətməsini etiraf edib.(Olaylar)