Ziya Bünyadov prospektində qəza: piyada öldü - FOTO

Ziya Bünyadov prospektində qəza: piyada öldü - FOTO
Bakının Nəsimi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
GUNAZ.az xəbər verir ki, Ziya Bünyadov prospektində yolu keçmək istəyən yaşlı kişini Etibar İsgəndərovun idarə etdiyi "90-ZR-927" dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobil vurub.
Piyada hadisə yerində keçinib. Sürücü Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
скачать dle 12.1
Geri qayıt