Gömrükdə 5200 siqaret müsadirə edildi- FOTO

Gömrükdə 5200 siqaret müsadirə edildi- FOTO
Azərbaycan gömrükçüləri ölkəyə qaçaqmal yolu ilə keçirilən külli miqdarda siqaret aşkarlayıb.
Dövlət Gömrük Komitəsindən  GUNAZ.az-a bildiriblər ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətindən gizlədilən və aksiz markası olmayan 5200 ədəd "Winston" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1
Geri qayıt