Ermənistanda rus hərbçi öldü

Ermənistanda rus hərbçi öldü
Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının əsgəri Göyçə gölündə boğulub.
GUNAZ.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin rəsmisi informasiya verib.
Hadisə Göyçə gölünün Noraşen kəndi yaxınlığında yerləşən hissəsində baş verib. Göldə boğularaq həlak olan şəxsin müqavilə əsasında xidmət göstərən 1997-ci il təvəllüdlü hərbçi olduğu bildirilib.
Ölən hərbçinin şəxsiyyəti barədə məlumat verilməyib.
скачать dle 12.1
Geri qayıt