Misirdə qatar qəzası 44 can aldı

Misirdə qatar qəzası 44 can aldı

Misirin İsgəndəriyyə şəhərinin yaxınlığında iki qatar toqquşub.

GUNAZ.az  xarici KİV-ə istinadən xəbər verir ki, qəzanın qatarlardan birinin texniki nasazlıqdan sonra hərəkətini dayandırması səbəbindən baş verdiyi bildirilir.
Qatar dayandığı üçün iki yolun ayrıcından digər yola keçə bilməyib. Nəticədə qarşıdan gələn qatar onunla toqquşub.
Hadisə nəticəsində 36 nəfər ölüb, 123 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Qeyd edək ki, Misirdə dəmiryollarının vəziyyətinin yaxşı olmaması səbəbindən bu ölkədə tez-tez qəzalar baş verir.
***
Misirin şimalında baş vermiş dəmir yolu qəzasında ölənlərin sayı 44 nəfərə çatıb.

GUNAZ.az  xarici KİV-ə istinadən xəbər verir ki, qəza yerində ağır texnika və xilasedicilər işləyir. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını cəlb edilib.
Qəza nəticəsində ölənlərin sayının 44-ə çatdığı bildirilir. Yaralıların sayının çox olması səbəbindən ölənlərin sayının artacağı istisna olunmur. 

скачать dle 12.1
Geri qayıt