Məmur oğlu maşınla uşaq vurdu

Məmur oğlu maşınla uşaq vurdu
Masallıda avtomobil yolu keçmək istəyən 11 yaşlı oğlanı vurub.
APA-nın məlumatına görə, Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu "Mitsubişi” markalı avtomobil vurub.
Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Masallı Rayon Yol Polisi Şöbəsinin rəisi İkram Məmmədov hadisəni törədən sürücünün Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu olduğunu bildirib.
Fakt araşdırılır.
GUNAZ.az
скачать dle 12.1
Geri qayıt