Bakıda at sahibini sürüdü

Bakıda at sahibini sürüdü

Bakıda orta yaşlı kişini at sürüyürək xəsarət yetirib.

GUNAZ.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Qaraçuxur qəsəbəsində, Məktəbli küçəsində atın yüyənini bağlamaq istəyən 1960-ci il təvəllüdlü Abbasov İbrahim Mamed oğluna at xəsarət yetirib. İ.Abbasov yüyəni bağlamaq istədiyi dəmirə ilişib, sonra at onu sürüməyə başlayıb. İ.Abbasov kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.(Publika.az)

скачать dle 12.1
Geri qayıt