ABŞ-ın Minneapolis şəhərində məktəbdə partlayış baş verib.
GUNAZ.az"RİA Novosti"yə istinadən xəbər verir ki, partlayışdan sonra məktəbdə yanğın başlayıb.
Hadisə nəticəsində 2 nəfər itkin düşüb, məktəb binası qismən uçub.
İlkin versiyaya əsasən, partlayışa qaz sızması səbəb olub. Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir.