Bakıda kütləvi dava: Bıçaqlananlar var

Bakıda kütləvi dava: Bıçaqlananlar var
Bakıda kütləvi dava olub.
GUNAZ.az Report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, metronun "20 Yanvar” stansiyası yaxınlığında 5 nəfər arasında yaranmış mübahisə əlbəyaxa dava ilə nəticələnib.
Dava zamanı 1978-ci il təvəllüdlü Qəribov Kamran İkram oğlu və Tural adlı şəxs bıçaq xəsarətləri alıblar. K.Qəribov xəstəxanaya yerləşdirilsə də, digər şəxs hadisə yerindən qaçıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.
 
скачать dle 12.1
Geri qayıt