Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Saray qəsəbəsində "Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.
GUNAZ.azFHN-nin saytına istinadən xəbər verir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Batan sürücü, 1978-ci il təvəllüdlü Elnur Elxan oğlu Salmanovun cəsədi dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 05:02-də başa çatıb.