ABŞ-ın Los-Anceles şəhərində avtomobil kütləyə çırpılıb.
Gunaz.az-ın məlumatına görə, bu barədə "Fox News” xəbər verib.
Hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb. Onlardan dördünün vəziyyəti ağır kimi qiymətləndirilir.
Yaralılar xəstəxanalara çatdırılıb. Hazırda polis hadisənin səbəblərini və sürücünün şəxsiyyətini müəyyənləşdirir. İlkin versiyaya görə, insident yol qəzası nəticəsində baş verib.