Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Lənkəran şəhərində 2 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən
Gunaz.az-a verilən məlumata görə, dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.
Əməliyyat saat 16:05-də başa çatıb.
скачать dle 12.1
Geri qayıt