Evlərdən oğurluq edən şəxslər tutuldu

Evlərdən oğurluq edən şəxslər tutuldu

Bakının Xəzər rayonunda evlərdən oğurluq edən şəxslər həbs edilib.
GUNAZ.az xəbər verir ki, rayon ərazisindəki evlərdən birindən 500 manat dəyərində qızıl və məişət əşyaları oğurlanması barədə Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Gündüz Zamanzadə və Kamran Musayev tutulublar.
Faktla bağlı cinayət işi başlanıb.

 

 

скачать dle 12.1
Geri qayıt