İki nəfər xilas edildi, digər bir nəfər isə batdı

İki nəfər xilas edildi, digər bir nəfər isə batdı

Axşam saatlarında Abşeron rayonunda 3 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
 Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq 2 nəfəri xilas edib, digər 1 nəfərin - 1980-ci təvəlüdlü Səmədov Ruslan Ağahəsən oğlunun cəsədini dənizin sahilindən aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt