Gəncədə yolu keçən qadını avtomobil vurdu

Gəncədə yolu keçən qadını avtomobil vurdu

Gəncədə piyadanı avtomobil vurub.
GUNAZ.az -ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 28 May küçəsində baş verib.
Şəhər sakini 1990-cı il təvəllüdlü Xəyalə Verdiyeva yolu keçən zaman avtomobil onu vurub. Qadın Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyəti normal qiymətləndirilir.
İlkin məlumata görə, qadını "Lada” markalı avtomobil vurub.
Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt