Goranboyda qadın sürücü maşını aşırdı - Ölən var (YENİLƏNDİ)

Goranboyda qadın sürücü maşını aşırdı - Ölən var (YENİLƏNDİ)

Goranboyda qadın sürücünün idarə etdiyi avtomobil aşıb, 4 nəfər xəsarət alıb.

GUNAZ.azn xəbərinə görə, hadisə Goranboy-Tapqaraqoyunlu avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, Naftalan şəhərində yerləşən sanatoriyalardan birinin qadın rəhbəri öz işçilərini – 3 qadını evlərinə aparan zaman idarə etdiyi "Hyundai Santa Fe” markalı avtomobilinin qarşısına qoyun çıxıb. İdarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Qəza zamanı müxtəlif xəsarətlər alan 4 qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan biri dünyasını dəyişib.
Ölən və xəsarət alanların kimliyi müəyyənləşdirilir.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.(APA)

скачать dle 12.1
Geri qayıt