Canavarlar kəndə hücum etdi - Azərbaycanda

Canavarlar kəndə hücum etdi - Azərbaycanda
Ağdaş rayonunun Ağzıbir kəndi canavarların hücumuna məruz qalıb. 
Canavarlar gecə saatlarında kənd sakini Taleh Firiddun oğlu İsmayılovun həyətinə daxil olaraq mal-qaraya hücum ediblər. Səs-küyə oyanan ev sahibi yırtıcı heyvanları həyətdən qova bilib. Bundan sonra məlum olub ki, kənd sakinin qoyunlarından üçünü canavarlar parçalayaraq öldürüb. Yırdıcılar digər yeddi baş qoyuna ağır xəsarət yetiriblər.
Yaralı heyvanlara yardım edilərək quduzluq əleyhinə iynələr burulub. Canavarların öldürdüyü heyvanlar Rayon Baytarlıq idarəsinin sahə nümayəndələrinin nəzarəti altında yandırılaraq basdırılıb.(report)
скачать dle 12.1
Geri qayıt