Türkiyədə polis məntəqəsinə hücum - 2 ölü

Türkiyədə polis məntəqəsinə hücum - 2 ölü

Türkiyənin Hatay şəhərində polis məntəqəsi silahlı hücuma məruz qalıb.
GUNAZ.az "Anadolu”ya istinadən xəbər verir ki, insident nəticəsində yaralanan 3 polis əməkdaşı xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onlardan 2-nin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə xeyli sayda polis cəlb edilib. Cinayətkarların tutulması istiqamətində əməliyyat başlayıb.
Məlumata əsasən, polis məntəqəsinin yaxınlığında sahibləri tərəfindən atılmış avtomobil aşkarlanıb.

скачать dle 12.1
Geri qayıt