Bakıda qonşular arasında dava düşüb, ana və oğlu döyülüb

Bakıda qonşular arasında dava düşüb, ana və oğlu döyülüb

 Bakıda qonşular arasında düşən kütləvi dava xəsarətlə nəticələnib.

Gunaz.az xəbər verir ki, hadisə Xətai rayonu, Naxımov küçəsi, Dənizçi 2 ünvanında qeydə alınıb.

1963-cü il təvəllüdlü Əliyeva Minarə Adışirin qızı və 1982-ci il təvəllüdlü oğlu Quliyev Sehran Tehran oğlu qonşuluqda yaşayan 4 nəfərlə hazırda məlum olmayan səbəbdən mübahisə edib. Nəticədə ana və oğlu döyülərək xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Əraziyə Xətayi Rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları cəlb edilib. Dava iştirakçıları bölməyə aparılıb.
Araşdırma gedir.(Report)

скачать dle 12.1
Geri qayıt