Şəkidə 4 otaqlı ev yandı

Şəkidə 4 otaqlı ev yandı
Şəkidə fərdi yaşayış evi yanıb.
Bu gün axşam saat 18:40 radələrində rayonun Şorsu kəndində, kənd sakini Əlövsət Yaqub oğlu Yaqubova məxsus, ümumi sahəsi 104 kv/m olam birmərtəbəli 4 otaq və şüşəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib.
Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyü bütövlüklə, yaşayış sahəsinin 88 kv/m-lik hissəsi ev əşyaları ilə birlikdə yanıb. Yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır. (apa)

GUNAZ.az 

скачать dle 12.1
Geri qayıt