Xəzərdə batmış gəncin meyiti tapılıb

Xəzərdə batmış gəncin meyiti tapılıb

Ötən gün Bakının Sabunçu rayonunda dənizdə batmış 1996-cı il təvəllüdlü Orxan Eldar oğlu Məmmədovun cəsədi tapılıb.

GUNAZ.az xəbər verir ki, onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat səhər saatlarında başa çatıb.

скачать dle 12.1
Geri qayıt