Ucar rayonunda azyaşlının meyiti ağacdan asılı vəziyyətdə tapılıb. APA-ya istinadən xəbər verilir ki, hadisə rayonun Alpı kəndində baş verib.
Kənd sakini, 2007-ci il təvəllüdlü Vaqif Aqşin oğlu Quliyevin meyiti yaxınları tərəfindən həyətdəki xurma ağacından asılı vəziyyətdə aşkarlanıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.