DHA Müxbiri Tahsin Güner CNN TÜRK-də canlı yayımında verdiyi məlumata görə, Ankarada Yeniməhəllədə yerləşən Sənaye Bölgəsində tibbi məhsullar satan bir iş yerində partlayış baş verib. Şahidlərin sözlərinə görə, üç adamın yaralandığını bildirilir, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Sənaye bölgəsində partlayış sonrası çıxan yanğın nəzarət altına alınıb.