Londonun qərbində, Latimer Road səmtində dəhşətli yanğın hadisəsi qeydə alınıb. Londonda 27 mərtəbəli bina alovlar içində qalıb. İkinci mərtəbədən başlayan yanğın qısa müddətdə bütün binanı ələ alıb.
Hadisə yerinə 200-ə yanğın söndürən və təcili tibbi yardım briqadası çağrılıb.
Binada çoxsayda insan olduğu bildirilib. Yanğın zamanı bir neçə nəfər özünü binadan ataraq faciəli şəkildə ölüb.
3 saata yaxın davam edən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Binanın çökmə təhlükəsi olduğu üçün ətrafda gücləndirilmiş təhlükəsizlik sistemləri qurulub.
Binadan xilas edilən vətəndaşlar tüstüdən zəhərləndikləri üçün xəstəxanaya yerləşdiriliblər.