Bakıda 83 yaşlı qadın yolda həlak oldu

Bakıda 83 yaşlı qadın yolda həlak oldu
Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qəza Bakıxanov körpüsü yaxınlığında baş verib.
Taksi kimi fəaliyyət göstərən "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 83 yaşlı Svetlana Turkinanı vurub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

GUNAZ.az 

скачать dle 12.1
Geri qayıt