ATU-nun tələbəsi, nişanlı qız 4-cü mərtəbədən yıxılaraq öldü-BƏDBƏXT HADİSƏ

ATU-nun tələbəsi, nişanlı qız 4-cü mərtəbədən yıxılaraq öldü-BƏDBƏXT HADİSƏ

Abşeron rayonunun Xırdalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

GUNAZ.az xəbər verir ki, Xırdalan şəhəri, 26-cı məhəllədəki binalardan birində yaşayan 1993-cü il təvəllüdlü İsmayılzadə Nuranə İsmayıl qızı evin pəncərəsini silən zaman 4-cü mərtəbədən yerə yıxılıb.

Nəticədə ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Yaralı orada dünyasını dəyişib.
Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olan N.İsmayılzadə nişanlı idi.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt