İstanbulda ağır qəza - Video - Foto

İstanbulun Kadıköy qəsəbəsində iki avtobus toqquşub.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 29 sərnişin yaralanıb. Onların 3-nün vəziyyəti ağırdır.
Hadisə yerinə təcili yardım və polis maşınları cəlb edilib. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.