Tanınmış jurnalist, Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu avtomobil qəzasına düşüb. Kult.az xəbər verir ki, bu barədə C.Musaoğlunun dostu, tanınmış jurnalist Nicat Dağlar məlumat verib. N.Dağlar sosial şəbəkədəki profilində yazıb:
"Ceyhun Musaoğlu ailəsilə birgə ağır avtomobil qəzası keçirib. Bilmirəm buna möcüzə deyim, ya nə deyim, fakt odur ki, tamamilə dağılmış avtomobilin içindən hamısı sağ-salamat çıxıb. Şükürlər olsun, özü də min dəfə şükürlər olsun ki, Allah bizə müsibət yaşatmadı...”