14 yaşlı velosipedçi yük maşınının altında qaldı

14 yaşlı velosipedçi yük maşınının altında qaldı
Cəlilabad rayonunda velosipedçi yük avtomobilinin altında qalaraq ölüb.
Hadisə rayonun Uzuntəpə kəndində baş verib.
Belə ki, rayonun Kövüzbulaq kənd sakini İlham Ağayev idarə etdiyi "Zil” markalı yük maşını ilə Uzuntəpə kənd sakini, 14 yaşlı Elnur Mirzəyevi vurub. Yük maşınının altında qalan azyaşlı uşaq hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır./Report

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt