Gəncədə baş verən yol qəzasında ölən qadının kimliyi məlum olub. Hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Şəhər sakini, 1991-ci il təvəllüdlü Hümbətov Vasifın idarə etdiyi "Lada Priora” markalı avtomobil yolu keçmək istəyən piyada, 1957-ci il təvəllüdlü Abdullayeva Səidə İzzət qızını vurub. Qadın hadisə yerində ölüb. Sürücü saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.