Ağdamda süd daşıyan maşın aşıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə hadisə, Hindarx-Borsunlu yolunun Quzanlı qəsəbəsindən keçən hissəsində baş verib. Aftandil Rəşidovun idarə etdiyi 90 ZL 545 dövlət nömrə nişanlı, "DAF” markalı yük avtomobili idarəetmənin itməsi nəticəsində işıqlandırma dirəyinə dəyib, daha sonra aşıb.
Nəticədə 30 tona qədər süd yola dağılıb.
Faktla bağlı araşdırma aparılır.