Aeroport yolunda zəncirvari qəza

Aeroport yolunda zəncirvari qəza
Bakıda zəncirvari yol qəzası baş verib.
Qəza Aeroport yolunda, "Buta Palace" yaxınlığında, "Opel", "Mercedes" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.
Qəza nəticəsində yaralananların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım briqadası və yol polisləri cəlb edilib.
Qəza yolda tıxaca səbəb olub. Hazırda yol polisləri tıxacın aradan qaldırılması və yolda avtomobillərin hərəkətini təmin etməyə çalışırlar.

GUNAZ.az 

скачать dle 12.1
Geri qayıt