Bakıda avtobus qəza törətdi - Ölən var

Bakıda avtobus qəza törətdi - Ölən var
Axşam saatlarında Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Naxçıvanski küçəsi, 26 saylı şəhər poliklinikasının yaxınlığında 81 saylı sərnişin avtobusu piyadanı vurub. Hadisə nəticəsində piyada yerindəcə dünyasını dəyişib. Hadisə nəticəsində ölən şəxsin "bomj" olduğu bildirilib.
Hazırda hadisə yerinə yol posi xidməti əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt